Nazirlər Kabineti Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahılarını təsdiqləyib.
Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı təsdiq edib.
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na büdcədən maliyyələşdirilən 100 qurum, təsərrüfat hesanlı 11 təşkilat və bir publik hüquqi şəxs daxil edilib.
“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” da təsdiq edilib. Bu siyahıya büdcədən maliyyələşdirilən 86 qurum, təsərrüfat hesablı 3 təşkilat və bir publik hüquqi şəxs daxil edilib.
Paylaş: