Xəbər lenti

  

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.

“Report” TASS-a istinadən xəbər verir ki, buna səbəb İsrail hökumətinin Nümayəndələr Palatasının demokrat üzvləri, əslən Somalidən olan İlhan Ömər və əslən Fələstindən olan Rəşidə Tlaib üçün ölkəyə girişi qadağan etməsidir.

Halbuki bundan əvvəl İsrail səfiri Konqresə və iki ölkə arasında böyük birliyə ehtiram xatirinə ABŞ millət vəkillərinin heç birisinə ölkəyə girişlə bağlı əngəl yaratmayacaqlarını Nümayəndələr Palatasındakı demokrat çoxluğunun lideri Stan Hoyerə bildirmişdi.

Konqres üzvləri həmçinin İsrailin belə bir addım atmasında ABŞ-ın bu ölkədəki səfiri David Fridmanın iştirakı olub-olmaması barədə yoxlama aparmaq ehtimalını da araşdırırlar.

Xatırladaq ki, avqustun 15-də İsrail hökuməti yuxarıda adı çəkilən Konqres üzvlərinin ölkəyə girişini qadağan etmişdi. Hər ikisi İsrailin siyasətini kəskin tənqid edərək bu ölkəyə qarşı beynəlxalq boykot tədbirlərini dəstəkləmələrilə ad çıxarıb.




Ana səhifəyə qayıt        Baxış: 376          Tarix: 17-08-2019, 12:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma