Xəbər lenti

ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiya və İran barəsində sanksiyalar haqqında qanun layihəsinin yeni versiyası təqdim edilib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, qanun layihəsinin müəllifləri Demokratlar Partiyasının yüksək vəzifəli üzvlərindən ibarət qrupdur.

Bunlar Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelosi, demokrat fraksiyasının sədr müqavini Steni Xoyer və xarici işlər üzrə komitədə demokratların rəhbəri Eliot Enqeldir.

Agentliyin məlumatına görə, sənəd səslərin böyük əksəriyyəti ilə Senatda dəstəklənib. Beləliklə, qanun layihəsinin müəllifləri Nümayəndələr Palatasında respublikaçıların dəstəyinə nail olmaq niyyətindədirlər.

Qanun layihəsinin əvvəlki variantı respublikaçıların müqaviməti ilə qarşılaşıb. Lakin, yeni qanun layihəsinin perspektivinin də dumanlı olduğu görünür. Xüsusi halda, Nümayəndələr Palatasının spikerinin rəsmi nümayəndəsi Pol Rayan sənədə qarşı çıxıb. Bundan başqa, Ağ Ev də sənədə prezident tərəfindən veto qoyulacağını bəyan edib.

 




Ana səhifəyə qayıt        Baxış: 971          Tarix: 13-07-2017, 13:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma