Xəbər lenti

GünazTV: İsrailin xarici işlər naziri Yisrael Katz sentyabrın 26-da BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edərək İran İslam Respublikasının region ölkələrinə qarşı təhdidindən və bölgədə baş verə biləcək müharibə təhlükəsindən danışıb.

O deyib ki, əgər dünya birliyi körfəz regionunda yeni bir savaşın baş verməsini istəmirsə, indidən çarə qılmalı, İran rejiminin regional təxribat xarakterli əməllərinin qarşısını almalıdır: “Əgər biz sabah regionda baş verə biləcək savaşın qarşısını almaq istəyiriksə, bu gündən hərəkətə keçməli, İran rejimini dayandırmalıyıq.

Mən üzümü İran rejiminin başçılarına tutub onların öz dilində (farscada) deyirəm: -Cücəni payızda sayarlar. Bu işin nəticəsi sonda bəlli olacaq” –deyə, İsrailin xarici işlər naziri Yisrael Katz əlavə edib.

 

A.M




Ana səhifəyə qayıt        Baxış: 429          Tarix: 28-09-2019, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma