Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Ramazan Bağırov seçkidə rəqibi olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevi və Yeni Azərbaycan Partiyasının namizədi Nizaməddin Ağcayevi daha güclü rəqib hesab etdiyindən namizədliyini geri götürdü.
Bu barədə Ramazan Bağırovun yaydığı bəyanatda deyilir:
“Hörmətli seçicilər,
Şəxsi təşəbbüsümlə 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyimi irəli sürməyimi dəstəkləyərək, namizədliyimin qeydə alınmasını təmin etdiyiniz və təbliğat-təşviqat kompaniyasında verdiyiniz dəstəyə görə hər birinizə təşəkkürümü bildirirəm. Sizin dəstəyinizlə başladığımız bu mübarizədə marağımız fərdi deyil, seçicinin səsinin Parlamentdə səsləndirilməsi olub. Bizim üçün milli demokratik və dövlətçilik maraqlarını qoruyan, eləcə sakinlərin sosial problemlərinin həllini vacib bilən bir namizədin deputat seçilməsi əsas şərtdir. Bu prinsipləri rəhbər tutan, deputatlığa namizəd kimi rəqiblərim olan Yeni Azərbaycan Partiyasının namizədi Nizaməddin Ağcayevi və Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyevi daha güclü rəqiblər hesab etdiyim üçün, sosial bazamızın parçalanmaması məqsədi ilə, sizlərin də məsləhətinizlə namizədliyimi geri götürməyi qərara alaraq, bu barədə Dairə Seçki Komissiyasına müraciət etmişəm.
Məni dəstəkləyən bütün seçiciləri seçki prosesində aktiv olmağa, mili demokratik düşüncə daşıyıcılarının qalib gəlməsi üçün fəallıq nümayiş etdirməyə, kimlərinsə dövlətimizin zəiflədilməsi məqsədi ilə seçkilərdən xarici güclərin qrant layihələrinin tərkib hissəsi kimi yararlanmalarına imkan verməməyə səsləyirəm.
Hörmətlə, Ramazan Bağırov
31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa keçmiş namizəd”

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar