Xəbər lenti

 

94 saylı Bərdə kənd seçki dairəsindən Milli Məclisin üzvlüyünə bitərəf namizəd Toğrul Şahtaxtinski bu dairədən namizəd Zahid Orucun xeyrinə öz namizədliyini geri götürüb.

Axar.az xəbər verir ki, o, bunun səbəbini Zahid Orucun seçki platformasındakı çağırışları dəstəkləməklə, onun Milli Məclisdə Bərdə kənd daiəsini layiqli təmsil edəcəyinə inanmaqla izah edib.

Toğrul Şahtaxtinski bundan sonra da Zahid Oruca dəstək olacağını bildirərək, seçkilərdə ona səs verəcəyini vurğulayıb.

Qeyd edək ki, Toğrul Şahtaxtinski məşhur Şahtaxtinskilər nəslindəndir.




Ana səhifəyə qayıt        Baxış: 667          Tarix: 18-01-2020, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma