Xəbər lenti
"Vəkillərlə görüşlər xüsusi qaydada həyata keçirilir. Bunun üçün bütün lazımi şərait yaradılıb".
Bunu Musavat.com-un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.
İdarədən bildirilib ki, vəkillərlə məhkumlar arasındakı görüş şüşə qəfəs arxasından və ya karantin rejiminin tələblərinə uyğun qaydada təşkil edilir.
Bildirilib ki, hazırda cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında görüşlərin verilməsi dayandırılıb.
İdarədən deyilib ki, qanunvericilikdə məhkum və həbs edilmiş şəxslərə uzunmüddətli və qısamüddətli görüşlərin verilməsindən başqa digər formalar, o cümlədən videogörüntü nəzərdə tutulmayıb: "Məhkum və həbs edilmiş şəxslərin qanunvericiliyə əsasən nəzaərdə tutulmuş sayda telefon danışıqlarından istifadə edilməsi təmin edilir".
İdarədən əlavə olaraq bildirilib ki, məhkumlar arasında səhhətində hər hansı bir problemi olan və ya şikayəti olanların müalicəsi üçün bir qayda olaraq bütün tədbirlər həyata keçirilir: "Həm Ədliyyə Nazirliyi tibb baş idarəsinin əməkdaşları, həm də respublikanın digər səhiyyə ocaqlarının mütəxəssisləri də bu işə cəlb edilirlər".



Ana səhifəyə qayıt        Baxış: 2 339          Tarix: 12-05-2020, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma