Xəbər lenti

 

Son günlər ərzində bəzi sosial şəbəkələrdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 12 və 13 saylı cəzaçəkmə müəssisələrində ayrı-ayrı məhkumlara qarşı müəssisə rəhbərliyi tərəfindən zorakılıq hallarına yol verilməsi barədə iddialar yer alıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"un sorğusuna cavab olaraq bildirlib ki, bunlar həqiqətə uyğun olmayan məlumatlardır.

Penitensiar xidmət bildirir ki, istər göstərilən cəzaçəkmə müəssisələrində, istərsə də xidmətin digər tabe qurumlarında saxlanılan məhkum və həbs edilmiş şəxslərin hüquq və qanuni mənafelərinin qorunması xidmət rəhbərliyinin daimi olaraq ciddi nəzarəti altındadır:

"Bununla belə, ayrı-ayrı məhkumların qanunvericilikdə nəzərdə tutulmamış imtiyazlara nail olmaq məqsədilə saxlanma qaydalarının pozulmasına, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin qanuni tələblərinə riayət olunmasından imtina etməsinə yönələn hərəkətlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qarşısı alınır.

Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən tabe qurumlarda həyata keçirilən islahatlar, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, islah-tərbiyə prosesinin səmərəliliyinin artırılması, habelə xidmətin bütün fəaliyyət sahələrini əhatə edən tədbirlərin həyata keçirilməsinə dair ictimaiyyətə əvvəllər olduğu kimi müfəssəl məlumat veriləcək".




Ana səhifəyə qayıt        Baxış: 417          Tarix: 22-08-2019, 13:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma