Xəbər lenti


Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub.

Unikal.org xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, eləcə də Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə Sənayesi naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun oğlu, Miqrasiya xidmətinin rəis müavini Rza Talıbov, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Gənclər və İdman naziri Azad Rəhimov, Hacı Madər Musayev iştirak edib.

Qeyd edək ki, 82 yaşında vəfat edən  F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.
Müxbir: Famil Fərhadoğlu
Fotolar: Müzəffər İsmayılov





Ana səhifəyə qayıt        Baxış: 2 703          Tarix: 4-08-2020, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma