Xəbər lenti


Hurriyyet.org xəbər verir ki, Donald Trampın “Tiktok” və “WeChat” şəbəkələrini qadağan eləmək qərarından sonra Çin ABŞ-ı “özbaşına siyasi manipulyasiya etməkdə və təzyiq göstərməkdə” ittiham edib.

Bəlli olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Çinin internet nəhəngi “Tencent” və onun sahibi olduğu “WeChat” sosial şəbəkəsi üzərindəki törəmə şirkətləri ilə sövdələşmələri qadağan edən sərəncam imzalayıb.

Tramp həm də “TikTok” şəbəkəsinin sahibi “ByteDance” və onun törəmə şirkətləri ilə istənilən əməliyyatı qadağan edən sərəncama da imza atıb. Hər iki qadağa bəyan edilməsindən 45 gün sonra, yəni sentyabrın sonunda qüvvəyə minir.

Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Venbin qərara qarşı olduqlarını bildirib, Çin şirkətlərinin qanuni hüquqlarını və mənfəətlərini müdafiə edəcəklərini vurğulayıb.

Təhlükəsizlik problemləri ilə əlaqədar “TikTok”un Çinin nəzarətində olmasını istəmədiklərini vurğulayan Donald Tramp “Maykrosoft” və ya onun kimi böyük bir başqa ABŞ şirkətinin “TikTok”un ABŞ-dakı şöbəsini almalı olduğunu bildirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 2 852          Tarix: 7-08-2020, 13:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma