Xəbər lenti
 
 
Hindistan, Pakistan və Çin arasında böyük mübahisəyə səbəb olan Ladax bölgəsi üzərində növbəti gərginlik yaranıb. 
 
Ovqat.com xəbər verir ki, Hind ordusu Çin hücumu təhlükəsinə qarşı bölgəyə döyüş təyyarələri, hərbi texnika və çox sayda əsgər yerləşdirib. Döyüş təyyarələri və raketlərin üzü Çin istiqamətinə çevrilib.
 
Məlumata görə, iki ölkə arasında uzun müddətdir davam edən gərginlik masada öz həllini tapmayıb. Danışıqlar ardıcıl nəticəsiz qalıb.
 
Gərginlik əvvəlcə Çinin Ladax xəttinə forpost və əsgər yerləşdirməsi ilə başlayıb. Çin sərhəd xəttindəki böhran zamanı iyunun 10-da 20 Hindistan əsgərini öldürüb. Bununla da Çinlə Hindistan arasında gərginlik ən yüksək həddə yüksəlib.
 
 


Ana səhifəyə qayıt        Baxış: 2 932          Tarix: 12-08-2020, 13:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma