Xəbər lenti

 “Son azadlıq mübarizəsinin zamanı gəldi. Hindistanla aparılacaq bu müharibə son müharibəmiz olacaq. İstədiyimiz nöqtələri vura biləcək nüvə bombalarımız var”.
Publika.az xəbər verir ki, bu sözləri Pakistan Dəmir yolları naziri Şeyx Rəşid Əhməd deyib.
Yeni Dehli hökumətinin Kəşmirə xüsusi status qazandıran 370-ci maddəni ləğv etməsindən sonra nüvə qüvvələrinə sahib qonşular olan Hindistan və Pakistan arasında gərginlik pik həddə çatmışdı. Bu məsələ ilə bağlı açıqlama verən Şeyx Rəşid Əhməd Hindistanı müharibədən yayınmağa səsləyib. O, Pakistanın sadəcə istədiyi nöqtəni yox etməsini təmin edəcək 125-150 qramlıq nüvə bombalarına sahib olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, Hindistanın Kəşmir problemini Birləşmiş Millətlər Təşkilatının qərarı çərçivəsində həll etməsi təqdirində dialoq mümkün ola bilər. Yox, əgər Hindistan Pakistanla savaşa girəcəksə, nəticədə 22 yerə parçalanacaq.
İki ölkənin ordu rəhbərləri isə son 3 gün içində düşmənin qıcıqlandırmalarına lazımi cavabı verəcəklərini bəyan edib.
Qeyd edək ki, Pakistan ötən həftə yüzlərlə əsgərini və seçilmiş birləşmələrini mübahisəli bölgəni ayıran və faktiki sərhəd kimi xidmət göstərən 450 mil uzunluğundakı Nəzarət Xəttinə yaxın nöqtədə yerləşdirmişdi. Hindistan və Pakistan arasındakı gərginlik 1947-ci ildə İngiltərənin müstəmləkə siyasətinin başa çatmasından bəri davam edir.
Son olaraq fevral ayında Ceyş-i Məhəmməd hədəflərini vurduğunu irəli sürən 2 döyüş təyyarəsi məhv edilib. Gərginliyin əks-sədası qarşılıqlı təhdidlər davam edərkən Yeni Dehli Kəşmirə xüsusi status qazandıran 370-ci maddəni ləğv etdiyini açıqladı.




Ana səhifəyə qayıt        Baxış: 482          Tarix: 2-09-2019, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma