Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo bəzi ərəb ölkələrinin Birləşmiş Ərəb Əmirlikləri kimi İsrail ilə münasibətlərini normallaşdırma razılaşması əldə edəcəyinə ümidvar olduğunu söyləyib.
Pompeo Tel Əviv ilə bəzi ərəb ölkələri arasındakı normallaşdırma razılaşması təşviqatı aparmaq üçün çıxdığı Yaxın Şərq səfərinin birinci dayanacağı olan İsraildə baş nazir Binyamin Netabyahu ilə onun Qərbi Qüdsdəki iqamətgahında görüşüb.
Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Pompeo jurnalistlərin qarşısındakı çıxışında deyib: “Digər ərəb ölkələrinin də bu prosesdə (münasibətlərin normallaşdırılması) iştirak edəcəyinə ümidvaram”.
Baş nazir Netanyahu da digər ərəb ölkələrinin də İsrail ilə münasibətləri normallaşdırmaq razılaşması əldə edə biləcəyi məsələsinə ümid elədiyini və yaxın gələcəkdə “gözəl xəbər” verə biləcəklərini söyləyərək, başqa bir ərəb ölkəsinin də Tel Əviv hakimiyyətini tanıya biləcəyinə işarə vurub.
İki liderin mətbuat konfransında gündəmə gələn başqa bir məsələ isə ABŞ hakimiyyətinin İsrail ilə normallaşdırmaq razılaşması əldə edən BƏƏ-yə F-35 satmaq məsələsi olub.
Netanyahu BƏƏ ilə əldə edilmiş razılaşmanın bu ölkəyə satılacaq silahlara qoyulan vetonun qaldırılması demək olmadığını bildirib: “BƏƏ ilə hər hansı silah müqaviləsinin imzalanıb-imzalanmadığını bilmirəm, amma indi mövqeyimiz dəyişmədi”.
Bununla da o, Əbu Dabiyə F-35 satışına qarşı olduqlarını bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar