Xəbər lenti

  

“Qətər və bəzi ərəb ölkələri arasındakı böhran İsraillə ərəblərin radikal İslami terrora qarşı əməkdaşlıq etməsi üçün böyük fürsətlər yaradır".

Ovqat.com xəbər verir ki, bunu İsrailin Müdafiə naziri Aviqdor Liberman deyib.

İsrail mətbuatına görə, Liberman parlamentdəkı çıxışında ərəb ölkələrinin bölgədəki riskin Tel-əvivdən deyil, terrorizmdən qaynaqlandığını anladıqlarını bildirib.

Ölkəsinin Qətərlə əlaqələrini kəsən ərəbləriylə əməkdaşlığa açıq olduğunu dilə gətirən nazir qarşı tərəfdən cavab gözlədiklərini də gizlətməyib: "Artıq top onların sahəsində..."

İslam düşməni kimi tanınan Libermanın ərəb ölkələrinin Qətərə qarşı sanksiyalar tətbiq etməsinə bu qədər sevinməsi təsadüfi deyil. Qətər İsrailin Fələstin torpaqlarını işğalına qarşı mübarizə aparan HƏMAS-ın ən böyük maliyyəçilərindəndir. Dohanın Livan Hizbullahını da dəstəkləməsi son böhran zamanı ortaya çıxmışdı.




Ana səhifəyə qayıt        Baxış: 1 265          Tarix: 6-06-2017, 08:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma