Xəbər lenti


Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı ölkənin Qrodno vilayətini ilhaq etmə planında ittiham edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Prezident Lukaşenko bu planın baş tuta bilməyəcəyinə əminliyini bildirib.  

"Siz artıq Belarus parçalanarsa, Qrodno vilayətinin Polşaya gedəcəyi barədə açıqlamalar eşidirsiniz. Onlar bunu açıq şəkildə deyirlər.

Onlar buna müvəffəq ola bilməyəcəklər, bunu mən dəqiq bilirəm", - deyə, Lukaşenko bildirib.

O əlavə edib ki, ölkə indi bəzi hərbi hissələrini yerləşdirdiyi qərb sərhədlərindəki vəziyyəti sabitləşdirmək üçün külli miqdarda pul xərcləməyə məcburdur.

Belarus Prezidenti bəzi "narahat qonşular"ın Belarusun daxili işlərinə müdaxilə etdiyini və dövlətə təzyiq göstərdiyin bildirib. 




Ana səhifəyə qayıt        Baxış: 2 732          Tarix: 27-08-2020, 18:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma