Xəbər lenti


Qondarma Dağlıq Qarabağın prezidenti Araik Arutyunyan etiraf dolu açıqlama verib.

Musavat.com Rusiyaya bağlı “ru.armeniasputnik.am” saytına istinadən xəbər verir ki, Araik aşağıdakıları bildirib:
“Torpaqları kim satdı? Biz xalq olaraq bunu bir yerdə etdik, 18-20 yaşlı uşaqlarımızı satdıq. Biz bir yerdə satdıq”.
Qondarma prezident bildirib ki, biz saxta çəkilişlər paylaşaraq xalqı aldadırdıq. Nəticədə mühasirəyə düşmək təhlükəmiz yarandı. Ona görə də müqaviləyə imza atmalı olduq.

Dağlıq Qarabağı tərk etmiş ermənilərə müraciət edən Araik Arutunyan deyib ki, onlar İrəvanda keçirilən etiraz aksiyalarına qoşulmasınlar: ”Siyasi intriqalara qoşulmayın, geriyə qayıdın. Biz düşmən qarşısında birliyimizi nümayiş etdirməliyik”.

O, vurğulayıb ki, ermənilərə müharibədə qələbə çalmaq üçün 80-100 min nəfər döyüşçü lazım imiş. Ancaq onlar bu qədər döyüşçü toplaya bilməyiblər.



Ana səhifəyə qayıt        Baxış: 2 852          Tarix: 14-11-2020, 20:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma