Naxcivantv.az-ın məlumatına görə, Böyük Britaniyanın nüfuzlu BBC korporasiyası qeyd edib ki, Ali Məclisin Sədri Vasif Talıbovun bu sərəncamı ictimai-mədəni, ədəbi-bədii müstəvidə mühüm əhəmiyyətli və təqdirəlayiq bir hadisədir.
BBC Azərbaycan ədəbiyyatının seçmə nümunələri ilə yanaşı, dünya ədəbiyyatının məhşur yazarlarının da əsərlərinin siyahıya daxil edilməsinə də diqqət çəkib. Vurğulanır ki,Teodor Drayzer, Cek London, Ernest Heminquey, Nikolo Makiavelli, Gi de Mopassan, Antuan de Sent-Ekzüperi, Nikolay Ostrovski, Moris Meterlink kimi dünya klassiklərinin də əsərlərinin siyahıda yer alması diqqət çəkir.
Qeyd olunur ki, oxunması zəruri olan bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılayır.
BBC xüsusilə Nikolo Makiavellinin “Hökmdar” əsərinin tövsiyə edilməsinə diqqət çəkir. Bildirilir ki, siyasətçilər o cümlədən, elm xadimləri “Höhmdar” əsərinin bura daxil olmasını rəğbətlə qarşılayırlar. Çünki Makiavelli və onun «Hökmdar» əsəri həmişəlik olaraq bəşəriyyətin yaddaşında qalıb və dərin ideya və fikirlərə görə bu əsər dünya mədəniyyəti xəzinəsinə daxil olub.Makiavelli sözügedən əsərdə bir çox məsələlərlə bərabər, səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışları diqqətlə təhlil edir. Bütün bu anlayışları açıqlayıb, bunlara yeni mənalar verir.Qəddarlıq və məhəbbət anlayışlarını təhlil edərkən Makiavelli göstərir ki, hər bir adam qəddar adam kimi yox, mərhəmətli adam kimi tanınmaq istərdi. Amma o, dərhal da qeyd edir ki, hökmdar əgər təbəələri itaətdə saxlamaq istəyirsə, o, qəddar adam kimi tanınmaqdan çəkinməməlidir. Bir neçə adamı cəzalandırmaq, iğtişaşlara yol verməkdən daha yaxşıdır, çünki qarətlərə və qətllərə səbəb olan iğtişaşlardan bütün adamlar ziyan çəkdiyi halda, hökmdarın verdiyi cəzadan yalnız bir neçə adam ziyan çəkir.
BBC həmçinin yazıda sosial şəbəkə istifadəçilərinin də fikirlərinə yer verib və bədii ədəbiyyatların mütaliəsi ilə bağlı bu təşəbbüsün bütün dünya üçün nümunə gücündə olduğunu qeyd edib.
Yazıda həmçinin Naxçıvan Muxtar Respublikası barədə də məlumatlar yer alıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”n təsdiq olunub və siyahıya 30 kitab daxil edilib. Həmin sərəncamla təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələrinin yaradılmasına başlanılıb.
Firuzə Nuriyeva
Paylaş: