Xəbər lenti

 

Azərbaycanda səhiyyə sisteminin biabırçı vəziyyətdə olduğu hamıya bəllidir. Məhz bu səbəbdən xəstə vətəndaşlarımız yaxın və uzaq xarici ölkələrə axışırlar. Ölkədə müalicə olunmaqdan başqa çarəsi qalmayan vətəndaşlarımız öz həkimlərimizə müraciət etmək məcburiyyətində qalırlar. Qarşılaşdıqları vəziyyətin isə, adətən, bir adı olur-peşmanlıq.

Ovqat.com oxucularına təqdim etdiyimiz bu səsyazısı müalicə pulu tapa bilmədiyi üçün qızıllarını girov qoyan bir xəstənin üzləşdiyi özbaşınalıqla bağlıdır. Qolundan əməliyyat olunan xəstənin tam sağlamlığına qovuşmaması azmış kimi, üstəlik, 3 min manat əvəzinə girov qoyduğu 12 min manatlıq ziynət əşyaları da həkim tərəfindən xırıd edilib.

Həkim fırıldağının ən bariz dəlili hesab oluna biləcək səsyazısının hekayəsi

Şikayətçi Ağdam rayon sakini , məcburi köçkün Muxtarova Arzu Rəhbər qızı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında başına gətirilən biabrçılıq barədə məlumat verib.

Xanım bildirir ki, o, qol nahiyəsində olan bir qüsura görə adı çəkilən klinikanın Plastik Estetik Cərrahı, Uzman həkim Araz Salmanova müraciət edib. Həkim onu müainə etdikdən sonra problemin aradan qaldırılmasının mümkün olduğunu bildirərək, əməliyyatı tam müsbət şəkildə sonlandıracağına söz verib və bunun müqabilində xanımdan 3000 manat (üç min azn) pul istəyib: 

"Araz həkim məni müainə etdikdən sonra qolumdakı qüsurun tam aradan qaldırılacağına söz verdi və məndən bu əməliyyat üçün 3000 min manat pul istədi. Mən razılaşdım. Səhəri gün həkim məni əməliyyat etdi. Bir nəfər qohumum mənə borc pul verəcəyinə söz versədə bu alınmadı. Bu səbəbdən də mən Araz həkimə bildirdim ki, narahat olmasın. Mən özümə məxsus qızıl – zinyət əşyalarımı ona girov qismində verib bir neçə vaxt sonra həmin üç min manatı ödəyəcəyimi bildirdim.Araz həkimlə razılaşdıq və mən 15 min manat dəyərində olan qızıl əşyalarımı ona girov verdim. Düzü mən razılaşdığımız müddətdə pul tapmadığım üçün pulu söz verdiyim vaxtda verə bilmədim. Amma qısa vaxtdan sonra həmin məbləği hazır edib Araz həkimin yanına getdim. O, artıq mənim çox gec gəldiyimi və buna görə də girov qoyduğum qızılları sataraq özünün kredit borcunu ödədiyini bildirdi.”

Şikayətçi xanım bildirir ki, 15 min manat dəyərində olan qızılların həkim tərəfindən dəyər – dəyməzinə satılması ilə yanaşı qolundakı qüsur əməliyyatdan sonra daha pis vəziyyətə düşüb. İndi o, daha acınacaqlı vəziyyətə düşüb, həm sağlamlığından , həm də pulundan olub.

Məsələ ilə bağlı Araz Salmanovun da mövqeyini öyrənmək istəyimiz baş tutmadı. Araz həkim adi etika qaydalarını belə pozaraq həkim adına yaraşmayan şəkildə bizi ittiham etdi. Plastik cərrah pasientinin ondan heç bir şikayəti olmadığını əsas gətirərək bizi onu şantaj etməkdə günahlandırdı. Qeyd edək ki, şikayətçi Arzu xanım redaksiyamıza həkimlə aralarında olan dialoqun səs yazısını da təqdim edib. Həmin səs yazısında da şikayətçinin haqlı olduğu həkimin öz dilindən açıq – aydın eşidilir. 

HƏMİN SƏS YAZISINI TƏQDİM EDİRİK:

Azerinfo.az




Ana səhifəyə qayıt        Baxış: 1 368          Tarix: 5-09-2017, 22:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma