İranın yeni hökumət quruculuğunda Azərbaycanı yaxından tanıyan digər bir rəsmi şəxsə mühüm vəzifə verilib.
Ovqat.com İranın İSNA İnformasiya Agentliyinə istinadən xəbər verir ki, İran Daxili İşlər Naziri Əbdülrza Rəhmani Fəzlinin əmri ilə İsmayıl Cabbarzadə daxili işlər nazirinin siyasi məsələlər üzrə müavini təyin edilib.
Qeyd edək ki, bundan öncə İsmayıl Cabbarzadə İranın Şərqi Azərbaycan Vilayətinin valisi vəzifəsində çalışırdı. İsmayıl Cabbarzadə 2015-ci ilin 20 oktaybrında Azərbaycana səfərə gəlmiş və Prezident İlham Əliyevlə görüşmüşdü.
Bundan bir müddət əvvəl də Azərbaycan Prezidentinin “Dostluq” ordeniylə mükafatlandırdığı İranın sabiq Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi Həsən Ruhaninin sərəncamıyla ölkənin Prezident Administrasiyasının rəhbəri təyin edilmişdi.
Paylaş: