Respublika Müalicə Diaqnostika mərkəzinin həkimi, cərrah Elmar Məmmədov Azərbaycanda unikal əməliyyat həyata keçirib.
Ovqat.com medicina.az-a istinadən xəbər verir ki, ölkəmizdə ilk dəfə ağciyərin kəsilib götürülməsi əməliyyatını uğurla başa vurub. Cərrah əməkdaşımızla söhbətində deyib ki, əməliyyatda 23 yaşlı qızın ağciyərinin sol payı əməliyyatla xaric olunub:
"Ağır vəziyyətdə xəstəxanaya çatdırılan pasiyentin sağ qalma şansı az idi. Əməliyyat çox riskli idi, çünki ürək damar və aortanın yerləşməsi maksimum ehtiyatlı olmağı tələb edirdi. Cərrahların peşəkarlığı sayəsində Azərbaycanda ilk dəfə ağciyərin kəsilib götürülməsi əməliyyatı uğurla başa çatdı. 4 gündən sonra pasiyent evə yazıldı. 15 gündən sonra o işinə qayıtdı və hazırda vəziyyəti yaxşıdır".
Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox nadir tibb mərkəzlərində icra olunan əməliyyatın ölkəmizdə, özü də yerli mütəxəssislərin icra etdiyi əməliyyat ölkə səhiyyəsinin son illərdə əldə etdiyi uğurlardan biridir.
Paylaş: