Xəbər lenti

 

Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabirabad rayonu Şəhriyar kəndi ərazisində qeydə alınıb. Məlumata görə, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 21-ci kilometrliyində 99 BP 963 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil radar dirəyinə çırpılıb.

Qəza nəticəsində ölən sərnişin Sabirabad rayon Polis Şöbəsinin serjantı Cavadov Nicat Əlimirzə oğlu, xəsarət alan isə sürücü, polis baş leytenantı Sultanov Şəhriyar Əhliyar oğludur.

Məlumata görə, qəzaya səbəb havanın qatı dumanlı olması olub.\\APA




Ana səhifəyə qayıt        Baxış: 973          Tarix: 18-11-2017, 22:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma