Xəbər lenti

 

Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri Ağsu rayon İcra Hakimiyyəti başçısının qardaşı oğludur.

Ovqat.com APA-ya istinadən xəbər verir ki,  iki "Vaz" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar "VAZ 21015"in sürücüsü Cavid Novruzov, sərnişini, 1984-cü il təvəllüdlü Comərdov Vüsal Çingiz oğlu, "VAZ 2107"nin sürücüsü Fərəc İsgəndərzadə və sərnişini, Ağsunun Pirhəsənli kənd sakini, Seyidəliyev Faqil Mirfazil oğludur. Onlar Şamaxı və Ağsu rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.

Qeyd edək ki, Fərəc İsgəndərzadə Ağsu rayon İcra Hakimiyyətinin Qaraqoyunlu kəndi üzrə icra nümayəndəsi, Faqil Seyidəliyev isə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qardaşı oğludur. 




Ana səhifəyə qayıt        Baxış: 812          Tarix: 9-11-2017, 19:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma