Xəbər lenti

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah Bakıda mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə  6-8° isti, gündüz  9-12° isti, Bakıda gecə  6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763  mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta,  gündüz 2-7° isti olacaq.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 25-i gündüzədək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək.




Ana səhifəyə qayıt        Baxış: 733          Tarix: 23-11-2017, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma