Xəbər lenti

 zərbaycan Ali Məhkəməsi tabeliyində olan və istifadə edilməyən avtomobili satışa çıxarıb.

Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 26 dekabr tarixində dövlət qurumlarının tabeliyində olan və istifadə edilməyən avtomobillərin satışı üçün hərrac keçirəcək.

Ali Məhkəmə hərraca 2005-ci ilin “Şevrolet Niva-212300” markalı avtomobilini təqdim edib. Avtomobilin ilkin satış qiyməti 3000 manatdır.

Daxili İşlər Nazirliyi də balansında olan bir neçə avtomobili hərraca təqdim edib. DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə tabe olan Avtomobil Təsərrüfatı özəlləşdirməyə 2 ədəd 2007-ci ilin “FİAT Doblo” avtomobilini təqdim edib. Hər iki avtomobil üçün müəyyən edilmiş satış qiyməti 3500 manatdır.

DİN-in satışa təqdim etdiyi növbəti avtomobil isə 2006-cı ilin “UAZ-31519” markalı maşındır. Maşın üçün ilkin satış qiyməti 1425 manatdır.




Ana səhifəyə qayıt        Baxış: 629          Tarix: 27-11-2017, 10:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma