Xəbər lenti

                                                                   

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 65,17 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,41 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 64,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 13-də 61,18 dollar/barel təşkil edib ki,  bu da əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə dekabrın 13-də 63,28 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,41 dollar/barel azdır.//Trend




Ana səhifəyə qayıt        Baxış: 781          Tarix: 14-12-2017, 23:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma