Şəmkir rayonuda baş vermiş hadisənin təfərrüatları məlum olub.
Adı hələlik açıqlanmayan, həyat yoldaşı ilə rəsmi şəkildə boşanmayan, lakin ayrı yaşayan ər sərxoş vəziyyətdə, bıçaqla qaynatasının evinə gəlib. O, övladlarını görmək istədiyini deyib və bu zaman tərəflər arasında əvvəlcə mübahisə yaranıb, sonra isə dava baş verib.
Dava zamanı kişinin həyat yoldaşı, 40 yaşlı Orucova Nazənin, qaynanası xəsarət alıblar. Hadisə zamanı habelə ailənin evdə olan daha bir qohumu isə ürəktutmadan özündən gedib.
Hadisə yerinə çağırılan həkimlər hər 3 şəxsə tibbi yardım göstərib. Evə basqın edən kişi polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, oxşar hadisə əvvəllər də baş verib və kişi boşanmaq istəmədiyini, övladlarını istədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır/Report
Paylaş: