Goranboy rayonunun Qarasüleymanlı kəndində 45 yaşlı kişi sərxoş halda evində partlayış törədib.
“Report”un Qərb bürosunun məlumatına görə, 1972-ci il təvəllüdlü kənd sakini Asif Əli oğlu Bayramov yaşadığı 2 otaqdan ibarət evdə partlayış törədib.
Belə ki, sərxoş halda olan A.Bayramov mətbəxt üçün nəzərdə tutulan qaz balonlardan birini alışdıraraq kənara atıb. Nəticədə partlayış baş verib. Məlumata görə 2-ci balonu partlatmağa cəhd etsə də hadisə yerinə gələn qonşuların köməyi ilə bunun qarşısı alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və polis əməkdaşları cəlb olunub. Partlayış nəticəsində evə qismən ziyan dəyib, hadisə zamanı yüngül xəsarət alan A.Bayramov isə polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, hadisə zamanı evdə başqa kimsə olmayıb.
Onun bu addımı atmasının səbəbi isə hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Paylaş: