Xəbər lenti

 

Nərimanov Rayon Polis Şöbəsinin Veteranlar Şurasının təşkilatçılığı ilə rayon ərazisində yerləşən 212 saylı tam orta məktəbdə şagird və pedoqoji kollektivlə görüş keçirilib. Görüşdə “Qəhrəmanlıq tariximizin “20 Yanvarsəhifəsi”, “Gənclərin vətənpərvər ruhda tərbiyəsi gələcəyimizin zəmanətidir”, “Qəhrəmanlığın Mübariz İbrahimov zirvəsi” və aktual olan digər mövzularla bağlı ətraflı söhbət aparılıb.

 

Veteranlar Şurasının sədri Paşa Kərimov bildirib ki, Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizdə sabitliyin layiqincə qorunmasının və davamlı inkişafın təmininin əyani təsdiqidir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günündə keçirilən bu görüşdə o, sabahımızın qurucuları olan gənclərin onlara olan etimadı layiqincə doğrultmaları üçün vətənpərvərlik ruhunda tərbiyə olunmalarının əhəmiyyətindən danışıb.

Tədbir iştirakçıları çıxışlarında Azərbaycan Silahlı Qüvvələrinin şanlı qəhrəmanlıq tarixi ilə tanışlığın gənclər üçün zəruri olan cəsurluq və şücaət, mərdlik, xalqa və vətənə sədaqət kimi keyfiyyətlər tərbiyə etdiyini diqqətə çatdırıb, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, aprel döyüşləri zamanı şücaət göstərərək şəhid olmuş mərd oğulların xatirəsi ehtiramla yad olunub.

 

Görüşlərdə daha sonra dini ekstremizmin, radikal cərəyanların, separatçı meyllərin, cəmiyyətin insanlıq əleyhinə cinayət, birgəyaşayış qaydalarına zidd olması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinin zərəri, erkən nigahların fəsadları və digər mövzulara da toxunulub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Zeyni Hüseynov,

DİN Mətbuat Xidmətinin əməkdaşı




Ana səhifəyə qayıt        Baxış: 943          Tarix: 9-02-2018, 12:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma