Xəbər lenti

                                                                                    

Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər Nazirliyinin tərəfdaşlığı ilə reallaşdırdığı “Gənc elçilər” proqramı çərçivəsində Pakistanın Azərbaycandakı səfirliyində görüş keçirilib.

GTMŞ-nin sədri Seymur Hüseynovun başçılıq etdiyi gənclər qrupunun Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand ilə görüşündə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından danışılıb. Diplomat Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirib, qarşılıqlı əməkdaşlığın perspektivlərindən söz açıb.

Gənc elçilərlə görüşdə Pakistan İslam Respublikasının keçdiyi inkişaf yolu və müasir beynəlxalq münasibətlər sistemində yeri barədə məlumat verilib. Sonda gənclərin sualları cavablandırılıb.

“Gənc elçilər” proqramının məqsədi Azərbaycanı digər ölkələrdə təşkil olunan mötəbər tədbirlərdə uğurla təmsil edə biləcək gənclərin yetişdirilməsi, onların beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının xarici əlaqələr sahəsində potensialının artırılmasıdır.\\AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 1 185          Tarix: 14-10-2017, 21:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma