Xəbər lenti

“2017-ci ildə dünyada turistlərin sayı 7 faiz artıb. Azərbaycan daha böyük inkişafa nail olub. Ötən il 20 faiz artım olub”. 

Bunu mədəniyyət və turiz naziri Əbülfəs QarayevHeydər Əliyev Mərkəzində işə başlayan "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda konfransdakı çıxışında deyib.

Nazir bildirib ki, turist sayının 3,5 milyona çatdırılması qarşıya məqsəd qoyulub: "Son rəqəmlərə əsasən, ölkəmizə gələn turistlərin sayı 2 milyon 600 min nəfərə yaxındır. Bu rəqəmi 3,5 milyona çatdırmaq istərdik. Azərbaycanda turizm sənayesində 60 min nəfər çalışır. Bu gün Azərbaycan deyəndə “Avroviziya” və ya “Formula 1” yada düşür. Bu, çox önəmlidir. Biz həmçinin, musiqi və şopinq festivalları təşkil edirik ki, turistləri Azərbaycana cəlb edək. Biz hamımız bundan fayda götürürük. Ən böyük uğur isə ölkənin nüfuzunun artırılmasıdır. Artıq 3-cü dəfə Azərbaycanda “Formula 1” yarışı keçiriləcək. Buna görə hər kəsə təşəkkür edirəm”.

Report




Ana səhifəyə qayıt        Baxış: 502          Tarix: 13-02-2018, 13:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma