Xəbər lenti

“Son 15 ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin sayı 12 mini ötüb. Şikayətlərin 70 faizində haqlı tərəf jurnalistlər olub”.

“Report”un xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Şuranın VII qurultayında hesabat çıxışında deyib.

Şura sədri Mətbuat Şurasının tənqid olunması məsələsinə də toxunub: “Şuranı təniqd edilənlər iddia edirlər ki, Mətbuat Şurası daha çox dövlət məmurlar müdafiə edir, jurnalistlərə qarşı cəbhə açırlar. Bu, yalandır. Son 15 ildə jurnalistlərin əksər problemləri həll olunub. Mediaya dövlət dəstək verir. Azərbaycan mediası iqtisadi baxımdan xeyli inkişaf yolu keçib. Redaksiyaların maddi-texniki bazası möhkəmlənib. Media reklam bazarını genişləndirməlidir”.

Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurası Prezident, parlament, bələdiyyə seçkilərində jurnalistlərinin fəaliyyətinin monitorinqini aparıb: “Bununla əlaqədar Mətbuat Şurasında “qaynar xətt” yaradılıb, fəaliyyət göstərilib. Kütləvi aksiyalar zamanı da jurnalistlərin təhlükəsizliyi diqqət mərkəzində saxlanılıb”.

Şura sədri qeyd edib ki, həbsdə olan jurnalistlərin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi üçün ölkə başçısına müraciət ünvanlanmalıdır: “Bu, humanist addım olar”.

 




Ana səhifəyə qayıt        Baxış: 735          Tarix: 10-03-2018, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma