“Azərbaycanın gələcəyi bizim dini dəyərlərə olan münasibətimizdən asılı olacaq”.
Publika.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov “İslam həmrəyliyi və media” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Cavad Məscidilə bağlı məsələnin mətbuatda işıqlandırılmasına toxunan Əflatun Amaşov bu mövzuda diqqətli olmağa çağırıb: “Hər kəs bilməlidir ki, bununla bağlı məsələdə Azərbaycan dövləti heç zaman geri çəkilməyəcək. Geri çəkilsək, sabah Azad qadın heykəlinin qarşısında da piketlər ola bilər. Bu mənada media qurumlarına kifayət qədər diqqətli olmağı məsləhər görürəm. Biz hara qədər getməliyik? İslamın elm, mərhəmət, sülh dini olduğunu cəmiyyətə çatdırmalıyıq. Mətbuatda yayılan məlumatlar müəyyən quruplar arasında qarşıdurma yaratmamalıdır. Bu məsələdə diqqətli olmalıyq. Çünki ölkəmizdə din dövlətdən ayrıdır. Azərbaycanın gələcəyi bizim dini dəyərlərə olan münasibətimizdən asılı olacaq”.
Şura sədri Qafqaz Müsəlmanları İdarəsi ilə Mətbuat Şurasının jurnalistlərin bu sahədə maariflənməsilə bağlı tədbirlər təşkil etdiyini deyib: “Yəqin ki, bir neçə ay sonra yenidən bu cür tədbirlər təşkil ediləcək”.
Paylaş: