Serbiya prezidenti Aleksandr Vuçiçin mayın 21-də rəsmi qarşılanma mərasimi olub.
Serbiya prezidentini Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan dövlət və hökumət nümayəndələri Aleksandr Vuçiçə, Serbiya nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub. Azərbaycan və Serbiya prezidentləri rəsmi foto çəkdiriblər.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin Serbiya prezidenti Aleksandr Vuçiçlə təkbətək görüşü olub. Görüşdə Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Serbiya prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyi diqqətə çatdırılıb. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (Azertac)
Paylaş: