
“Azərbaycan mətbuatında yetkinlik yaşına çatmayan uşaqların zorakılığa məruz qalması ilə bağlı məlumatlar şişirdilir. Azərbaycanda son 5 ildə bu istiqamətdə artım müşahidə edilməyib. Törədilən hər bir faktla bağlı araşdırma aparılır, hüquqi qiymət verilir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov deyib.
O qeyd edib ki, internetdən istifadə ilə bağlı tədbirlər görülməlidir: “Xaricdən internet vasitəsilə ötürülən cizgi filmləri və s. materiallar uşaqlarda aqressivlik yaradır. Bununla bağlı təkliflərimizi təqdim etmişik. Uşaqların internetdən istifadəsi, uşaq televiziyasının yaradılması ilə bağlı yaxın vaxtlarda addımlar atılacaq”.
Paylaş: