Azərbaycanda yetkinlik yaşına çatmayanların tütündən (siqaretdən) istifadə etməsinə görə valideynlər və yaxud qəyyumluq edən şəxslərlə bağlı ayrıca cəzalar müəyyənləşdirilir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əlavələr təklif edilir.
Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən tütündən istifadəsinə səbəb olduqda, yaxud valideyn və ya qəyyumluq icrası zamanı yetkinlik yaşına çatmayanların tütündən (siqaretdən) istifadəsinə mane olmamağa görə, 100 manatdan 250 manata qədər cərimə tətbiq olunacaq.
Layihəyə görə, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən həyata keçirilməsi tütündən istifadəsinə səbəb olduqda, 100 manatdan 250 manata qədər cərimə tətbiq olunacaq.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. /APA/
Paylaş: