Xəbər lenti

Naxçıvan Müəllimlər İnstitunun rektoru, pedeqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi Oruc Həsənli uzun sürən xəstəlikdən sonra vəfat edib.

1950-ci il avqustun 15-də Şərur rayonunun Ələkli kəndində anadan olan Oruc Həsənli ölkəmizdə pedeqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. AMEA-nın müxbir üzvü olan professor O.Həsənli 200-dən artıq elmi əsər, kitab və monoqrafiyanın müəllifi kimi də tanınır.

2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışan alim həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olub.

Oruc Həsənli Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunub/Report.

Allah rəhmət eləsin!

 




Ana səhifəyə qayıt        Baxış: 599          Tarix: 19-06-2018, 11:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma