Xəbər lenti

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E. Əzizov həm də şəhər meri səlahiyyətini icra edəcək.

Qeyd edək ki, E. Əzizov bundan əvvəl Gəncə, Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb.

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov isə baş nazirin müavini təyin olunduğu üçün bir neçə aydır şəhər rəhbəri vəzifəsi boş qalıb.

 




Ana səhifəyə qayıt        Baxış: 917          Tarix: 16-07-2018, 17:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma