Xəbər lenti

 Bərdə rayonunda sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub, nəticədə bir nəfər ölüb.

"Report"un xəbərinə görə, hadisə rayonun Alaçadırlı kəndi ərazisində baş verib.

"Mercedes" markalı mikroavtobusla "VAZ 2107" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə deyib. Qəza zamanı "VAZ 2107"in sürücüsü hadisə yerində ölüb.

Hadisə zamanı yüksək gərginlikli elektrik xətti qırıldığından bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 684          Tarix: 23-07-2018, 15:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma