Xəbər lenti

“Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya istiqamətində 6.6 milyon ton yük daşımalarımız olub. Bu, keçən illə müqayisədə 20 faiz çoxdur. Yəni yaxşı tendensiyadır”.

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, ölkə prezidentinin konkret tapşırığına əsasən, Azərbaycanda yolların genişləndirilməsi, sürətin artırılması, maya dəyərinin aşağı salınması istiqamətində işlər gedir: “Bakıdan Yalamaya qədər olan məsafədə yolların düzəldilməsi üçün “Asiya Bankı”nın və “Asiya İnkişaf Agentliyi”nin dəstəyi ilə kredit ayrılması nəzərdə tutulub. Tender sənədləri artıq imzalanma ərəfəsindədir. Yəqin ki, yeni ildən orada işlərə başlayacağıq.

Bakı-Astara istiqamətində də yol oxunun seçilməsi başa çatıb. Ölkə başçısının tapşırığı ilə Lənkəran dəniz ətrafının turizm zonasına çevrilməsi məqsədilə dəmir yolları dəniz kənarından çıxarılacaq. Bu, turizmin inkişafına səbəb olacaq, həm də insanların dənizdən istifadəsini asanlaşdıracaq”.

O vurğulayıb ki, yükdaşımalar artır, amma vaqon çatışmazlığı var: “Aylıq 100-120 min ton kütləvi yüklərin – kömür, dəmirin daşınması üçün texniki heyətimizdə çatışmazlıq var. Buna görə də cənab Prezidentə müraciət etmişik, yəqin ki, ölçü götürüləcək.

Bilirsiniz ki, Azərbaycanda ilk dəfə olaraq Qərb, Gürcüstan istiqamətində yeni elektrovozumuzun sınağını keçirdik, saatda 159 km hərəkətini təmin etdik. Bakıdan Gəncəyə elektrik qatarının ilin sonuna qədər açılışı gözlənilir. Prezidentin iştirakı ilə 15 günə qatarlara baxış keçiriləcək”.

Bakı-Gəncə istiqamətində sürət qatarının qiymətinə gəlincə, Cavid Qurbanov qeyd edib ki, insanların büdcəsinə uyğun qiymət seçiləcək.

Cavid Qurbanov oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının 1 ili tamam olduğunu da deyib: “Bu müddət ərzində 3 min vaqondan çox yük daşınıb. Bu rəqəm azdır. Bizi qane etmir. Bizim bədxah qonşularımız ermənilər əvvəllər Rusiya mətbuatında yazdırırdılar ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımalarda Azərbaycan Rusiyanı ötüb keçəcək. Əslində Rusiya yükdaşımada Qars yollarına daha çox maraq göstərir”.

Teleqraf.com

 




Ana səhifəyə qayıt        Baxış: 497          Tarix: 27-09-2018, 16:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma