Azərbaycan Astanadan Rəştədək olan dəmir yolunun tikintisində maraqlıdır.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov Odessada “Ukrayna Dəmir Yolları” ASC-nin sədri vəzifələrini icra edən Yevgeni Kravtsovla görüşü zamanı deyib.
C.Qurbanov qeyd edib ki, “Cənub-Qərb” layihəsi strateji marşrutdur və Azərbaycan bu layihənin inkişafı üçün Qazaxıstandan İranadək olan dəmir yolunun tikintisində maraqlıdır.
Öz növbəsində Y.Kravtsov bildirib ki, “Ukrayna Dəmir Yolları” “Cənub-Qərb” marşrutu ilə yük daşımaları üçün sərfəli tarif şərtləri təklif etməyə hazırdır. /Trend/