Xəbər lenti

 

Bu gündən Bakı Metropoliteninin "Xətai” stansiyası bağlanıb.

Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılıb. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub.

Bakı metropoliteni sərnişinlərin nəzərinə çatdırırırki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, qeyd edilən müddətdə sonuncu dayanacağı "Xətai" stansiyası və ona yaxın ərazilərdə olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti "28 May" stansiyası və digər müvafiq istiqamətlərdə tənzimlənəcək.

Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi ictimaiyyətə əlavə məlumat verəcək.




Ana səhifəyə qayıt        Baxış: 437          Tarix: 27-09-2018, 20:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma