Xəbər lenti

Bakı Dövlət Universitetində yoxlamaların aparılması və giriş-çıxışın bağlanması xəbərinə rəsmi cavab verilib.

Universitetin mətbuat katibi Pərvanə İbrahimova “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib:

“Bir sıra saytlarda universitetin giriş-çıxışının bağlanması, qapıların möhürlənməsi və yoxlamaların aparılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda universitetdə hər şey qaydasında davam edir”.

Qeyd edək ki, BDU-nun rektoru Abel Məhərrəmov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən çıxarılıb. Yayılan məlumatda vurğulanıb ki, yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.

 




Ana səhifəyə qayıt        Baxış: 532          Tarix: 19-11-2018, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma