Xəbər lenti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində keçirilən reyd zamanı rayonun Xaçmaz kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 19,34 mhəcmində fıstıq və ağcaqayın cinsli meşə materialı aşkar edilib.

Strateq.az ETSN-ə istinadən bildirir ki, faktla bağlı sexin sahibi Qəbələ rayon sakini İlkin Mirzəyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 2643,6 manat  məbləğində ziyan tətbiq olunub:

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.

 




Ana səhifəyə qayıt        Baxış: 457          Tarix: 26-11-2018, 14:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma