Xəbər lenti

 

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, iclasda bildirilib ki, qanuna edilən əlavə ilə "Diaspor fəaliyyətində xidmətə görə" medalı təsis edilir.

Bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.




Ana səhifəyə qayıt        Baxış: 353          Tarix: 22-10-2019, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma