Xəbər lenti

Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunub.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif ediləcəklər.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 627          Tarix: 3-04-2018, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma