Xəbər lenti
Dünən, 22:41

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan Strateq.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq gündəlikdəki məsələləri təqdim edib, iclasda bir sıra elmi-təşkilatı məsələlərə dair müzakirələrin aparılacağını diqqətə çatdırıb.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə Komissiyanın yaradıldığını və hazırlanmış təkliflərin akademik Ramiz Mehdiyevə təqdim edildiyini qeyd edib. Ə.Sadıqov Strateji Elmi Tədqiqatlar Mərkəzinin fəaliyyətinə dair Rəyasət Heyətinin qəbul etdiyi qərarları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi haqqında məlumat verən AMEA-nın akademik-katibi bildirib ki, Azərbaycan ədəbiyyatının inkişaf yolunun elmi-nəzəri cəhətdən yenidən və əsaslı şəkildə dövrləşdirilməsi Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin fəaliyyət istiqamətinə də öz təsirini göstərib və şöbənin adında dəyişiklik edilməsi zərurətini meydana çıxarıb.

Sonra iclasda AMEA-nın Folklor və Şərqşünaslıq institutlarının strukturlarında qismən dəyişiklik edilməsi məsələləri müzakirə edilib, bu qurumlarda yeni şöbələrin yaradılması ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Daha sonra AMEA-nın müxbir üzvləri Məsumə Məlikovanın 90, Hacıfəxrəddin Səfərlinin 70, eləcə də Əlişir Musayevin 70 illik yubileyləri ilə əlaqədar alimlərin AMEA-nın Fəxri fərmanları ilə təltif edilmələrinə dair qərarlar qəbul edilib.

İclasda, həmçinin “AMEA-nın professoru” adı ilə bağlı məsələyə yenidən baxılaraq müvafiq qərar qəbul olunub.

Bundan başqa, tədbirdə AMEA-nın Yüksək Texnologiyalar Parkı MMC-nin strukturu və ştat cədvəli ilə bağlı müzakirələr aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 513          Tarix: 11-12-2019, 14:09      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent