Xəbər lenti

Milli Məclisin iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin ölüm hökmünün bərpası ilə bağlı təklifinə etiraz edib.

Ovqat.com xəbər verir ki, APA-nın məlumatına gröə, çıxış edən S. Novruzov deyib ki, ölüm hökmünün bərpası doğru deyil: “Azərbaycanda ölüm hökmünü ümummilli lider Heydər Əliyev aradan qaldırıb. Bu, onun atdığı hümanist addımlardan biridir.  Eyni zamanda, unutmayaq ki, insana canı Allah verib, Allah da ala bilər. Cinayətə gəldikdə, bizdə elə cəzalar var ki, ölüm cəzasından da sərtdir”.

 




Ana səhifəyə qayıt        Baxış: 1 378          Tarix: 16-05-2017, 14:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma