Xəbər lenti


“Lakin 190 manatın ödənilməsi barədə hələ ki, heç nə deyilmir”

“Nazirlər Kabineti Operativ Qərərgah brifinq keçirir. Bəzi yumşaldılmalar nəzərdə tutulub. Onlar 2 mərhələdə həyata keçriiləcək”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu deyib.

Professor qeyd edib ki, birinci mərhələdə 18 yanvardan SMS icazə ləğv olundu, 25 yanvardan ticarət mərkəzlərinin, muzeylərin, bərbərxanaların fəaliyyətinə icazə verilir:

“Rayonlara gediş gəliş məhdudiyyəti aradan qaldırılır. İkinci mərhələdə, fevralın 1-dən ictimai iaşə müəssisələrinin fəaliyyətinə icazə verilir. 18 yanvardan vaksinasiya başlayır, ilk növbədə səhiyyə işçiləri, sonra hərbi qulluqçular, təhsil işçiləri, sosial işçilər, ASAN xidmət, DOST xidməti, ictimai nəqliyyat işçiləri, bununla yanaşı, yaşı 65 yaşdan yüksək olanlar, tənəffüs yollarının xəstəliyi olanlar, yaşı 50 yaşdan yuxarı olan ikinci diabet xəstəliklərinin daşıyıcıları peyvənd olunacaq. Vaksinasiya könüllü olacaq. Lakin 190 manatın ödənilməsi barədə hələ ki, heç nə deyilmir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Ana səhifəyə qayıt        Baxış: 3 347          Tarix: 16-01-2021, 12:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma