Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
Bunu Bütöv Azərbaycan Ocaqları (BAO) üzvü, tarixçi alim D.Əzimlinin iş yoldaşı, BAO təmsilçisi, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı söylədi. O, “Ovqat.com”a verdiyi müsahibəsində xəstənin vəziyyətinin qənaətbəxş olmadığını, bunu ictimaiyyətin və media orqanlarının diqqətinə çatdırmağı vacib hesab etdiyini bildirdi.
“Artıq 1 aydan çoxdur ki, Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilən Dilavər bəyin guya müntəzəm və intensiv müalicə aldığı, vəziyyətinin getdikcə yaxşılaşdığı bildirilirdi. Yaxınları onun COVİD-19 xəstəliyindən vaxtında müalicə aldığını, yalnız ciyərlərində hər hansı fəsadın qalmaması üçün özünün həmin xəstəxanaya müraciət etdiyini deyirlər. Yəni o, xəstəxanaya müraciət edərkən vəziyyəti o qədər də kritik olmayıb. Bir müddət orada müalicə alan xəstənin vəziyyətinin tədricən ağırlaşdığı və sonradan ECMO süni nəfəs aparatına qoşulduğunu öyrəniblər. İndiyədək həkimlər bizə hər cür müalicənin aparıldığını və onun vəziyyətinin getdikcə yaxşılaşacağına ümid etdiklərini vurğulayırdılar. İndi isə, çox təəssüf ki, heç bir yaxşılaşmadan danışa bilmərik, əksinə, vəziyyət getdikcə ağırlaşır.
Onu da deməliyik ki, Dilavər bəy həmin xəstəxanaya yerləşdiriləndən sonra bu məsələ ictimai media və sosial şəbəkələrdə geniş müzakirə olunmuş, bəzi dövlət qurumlarının diqqətinə çatdırılmış və onun müalicəsinin dövlət hesabına aparılacağı göstərilmişdi. Ona görə də bizdə müəyyən əminlik yaranmışdı. Təəssüf ki, həmin dövrdən xeyli vaxt keçməsinə baxmayaraq, D.Əzimlinin səhhətində heç bir irəliləyiş müşahidə olunmur. Bu da bizdə, haqlı olaraq, ciddi narahatlıq doğurur. Alim dostumuzun hazırkı vəziyyətini real qiymətləndirsək, onun indiyədək lazımı və effektli müalicə aldığına bizdə müəyyən şübhələr yaranır. Ona görə də FHN-nin Zığda yerləşən modul tipli xəstəxanasının həkimləri və əlaqədar təşkilatlardan bu işə biganə yanaşmamağı və bu barədə bizə daha dolğun və səhih məlumat vermələrini xahiş edirik. Əgər lazım gələrsə, biz, BAO olaraq, əqidə dostumuzun bundan sonrakı müalicə xərclərini öz üzərimizə götürməyə hazırıq. Yeri gəlmişkən, D.Əzimlinin müalicəsində indiyədək əməyi olan həkimlərə, bu məsələnin ictimailəşməsində bizə dəstək olan bütün media işçilərinə və ziyalı dostlarımıza ürəkdən təşəkkür edirik”, – deyə o, sözlərini yekunlaşdırdı.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar