Xəbər lenti


DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad etmişlər.
 
Ovqat.com
xəbər verir ki, Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi bu barədə məlumat yayıb.
 
Məlumata görə, müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
 
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.


Ana səhifəyə qayıt        Baxış: 3 165          Tarix: 10-05-2021, 16:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma